logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 841 min nəfəri ötür

16:56 05-05-2022 | icon 3500
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 841 min nəfəri ötür

Mayın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 46 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 527, ikinci doza vaksinlərin sayı - 523, üç və daha çox doza vaksinlərin sayı – 3 min 645, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 351-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 658 min 768, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 868, ikinci mərhələ üzrə 4 milyon 841 min 135, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 236 min 32, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 733-dür.