logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 19° isti olacaq

15:55 05-05-2022 | icon 2240
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 19° isti olacaq

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 16-20° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 8-13°, gündüz 22-27° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı bildirilir.