FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Hidrometeorologiya Xidmətinin mayın 6-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı, xüsusilə mayın 6-da və 7-də bəzi ərazilərdə güclü külək əsəcəyinə dair proqnozu ilə bağlı əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə gözlənilən hava şəraiti ilə əlaqədar əhalinin müvafiq təhlükəsizlik qaydalarına əməl etməsinin zəruriliyi vurğulanıb. Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə edilib.
“Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində bildirilib.
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib