logo

Ankarada istiqlalçı şair Əhməd Cavadın heykəlinin açılışı olub

13:53 05-05-2022 | icon 1491
Ankarada istiqlalçı şair Əhməd Cavadın heykəlinin açılışı olub

Ankara şəhərində poeziya dünyamızın nadir simalarından Azərbaycan xalqının istiqlal mübarizəsində layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim Əhməd Cavadın heykəli ucaldılıb.

YeniAvropa xəbər verir ki, bu münasibətlə Türkiyə paytaxtında yerləşən Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın anım və heykəlin açılış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.