logo

Bu gün UEFA Avropa Liqasının finalçıları bəlli olacaq

13:33 05-05-2022 | icon 3171
Bu gün UEFA Avropa Liqasının finalçıları bəlli olacaq

Mayın 5-də futbol üzrə UEFA Avropa Liqasının yarımfinal görüşləri keçiriləcək.

YeniAvropa xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları məlum olacaq.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Qlazqo Reyncers”lə Şotlandiyada qarşılaşacaq. Qlazqodakı “Aybroks” stadionunda oynanılacaq matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Gecənin digər oyununda İngiltərənin “Vest Hem Yunayted” klubu Almaniyada “Ayntraxt”la üz-üzə gələcək. Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. “Frankfurtştadion” arenasında keçiriləcək matçın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.