logo

Qarşıdakı 3 gündə Bakıda güclü külək əsəcək, bolgələrdə isə qar yağacaq

12:32 05-05-2022 | icon 1330
Qarşıdakı 3 gündə Bakıda güclü külək əsəcək, bolgələrdə isə qar yağacaq

Mayın 6-dan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 6-da Abşeron yarımadasının bəzi yerlərində küləyin arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Mayın birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.