logo

Xəzər dənizində zəlzələ olub

18:59 04-05-2022 | icon 1533
Xəzər dənizində zəlzələ olub

Mayın 4-də Qala stansiyasından 165 kilometr cənub-şərqdə - Xəzər dənizində zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yerli vaxtla saat 18:37-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.