logo

“Bakı Marafonu-2022”  bu dəfə fərqli marşrutda təşkil ediləcək

17:11 04-05-2022 | icon 2541
“Bakı Marafonu-2022”  bu dəfə fərqli marşrutda təşkil ediləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu - 2022” keçiriləcək.

YeniAvropa xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək.

Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.

Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2022”nin saytına - www.marathon.az müraciət edə bilərlər.