logo

Pərviz Şahbazov Bolqarıstanda keçiriləcək enerji forumuna qatılacaq

16:56 04-05-2022 | icon 2919
Pərviz Şahbazov Bolqarıstanda keçiriləcək enerji forumuna qatılacaq

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın energetika naziri Aleksandr Nikolovun dəvəti ilə bu ölkəyə səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, nazir mayın 5-də paytaxt Sofiya şəhərində keçiriləcək “Cənub-Şərqi Avropada enerji keçidi: enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq nazirlərin dəyirmi masasında iştirak edəcək.

Bolqarıstan, Serbiya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya, Rumıniya və Ukraynanın nazir və nazir müavinlərinin qatılacağı tədbirin açılış mərasimində nazir Pərviz Şahbazovun çıxışı nəzərdə tutulur.

Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.