logo

Vilayət Quliyev Azərbaycanın Bosniya və Herseqovinada səfiri təyin edilib

15:10 04-05-2022 | icon 3059
Vilayət Quliyev Azərbaycanın Bosniya və Herseqovinada səfiri təyin edilib

Prezident İlham Əliyev mayın 4-də Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında
sərəncam imzalayıb. 


 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Qeyd edək ki, 70 yaşlı Vilayət Quliyev Azərbaycanın tanınmış diplomatlarındandır. 

1999-2004-cü illərdə Azərbaycan Respublikasının xarici işlər naziri, 2004-2010-cu illərdə Azərbaycan Respublikasının Polşa Respublikasında,2010-2021-ci illərdə isə Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.