logo

Avropa İttifaqından Rusiya neftinə və banklarına yeni sanksiyalar gəlir

13:58 04-05-2022 | icon 1078
Avropa İttifaqından Rusiya neftinə və banklarına yeni sanksiyalar gəlir

Brüsseldə Avropa Parlamentinin iclası keçirilir. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Nəhayət, biz indi Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, asan olmayacaq. Ancaq biz bunun üzərində işləməliyik. Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı, bunun iqtisadiyyatımıza təsirini də azaltmalıyıq. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz Buçada hərbi cinayətlər törətmiş şəxslərin kim olduğunu bilirik. Onlar cavab verəcəklər. Biz prezident Vladimir Putinin yalanlarını təbliğ edən kanalın efirini dayandırırıq. Rusiyanın ən böyük bankl olan “Sberbank”a və daha iki banka sanksiya tətbiq edirik”, - o vurğulayıb.