Qəbələ rayonunda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1965-ci il təvəllüdlü Nəbi Ziyad oğlu Hacıyev özünü həyətyanı sahəsindəki fındıq bağında ağacdan asıb. İntiharın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.