Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 53 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.