logo

Bakıda gənc qız özünü 9-cu mərtəbədən atdı

09:59 04-05-2022 | icon 1428
Bakıda gənc qız özünü 9-cu mərtəbədən atdı

Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanıb, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, hadisə nəticəsində X.Babayeva yerindəcə keçinib. Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyənləşdirilib.