logo

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olacaq

23:53 03-05-2022 | icon 1568
Ankarada Əhməd Cavadın heykəlinin açılışı olacaq

Mayın 5-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın istiqlal şairi , dövlət himnimizin müəllifi Əhməd Cavadın heykəlinin açılışı olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

"Türk Tarix Muzeyi və Parkında ucaldılan heykəlin açılış mərasimi və şairin anım mərasimi mayın 5-də baş tutacaq", - deyə paylaşımda dqeyd edilib.

 

0---