logo

Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni Rusiya işğalından azad etdi

22:44 03-05-2022 | icon 2786
Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni Rusiya işğalından azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib.

YeniAvropa xəbər verir ki, bu barədə "RBC-Ukraina"  ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla məlumat yayıb.

“92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – deyə A.Geraşenko özünün"Twitter" hesabında məlumat paylaşıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.