logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 340 min nəfəri ötür

17:35 03-05-2022 | icon 1477
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 340 min nəfəri ötür

Mayın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 60 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı - 10, üç və daha çox doza vaksinlərin sayı - 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 700, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 610, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 372, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.