logo

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub

16:21 03-05-2022 | icon 1456
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 804 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 72 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1667, bu günə qədər isə ümumilikdə 6 milyon 820 min 672 test icra olunub.