logo

Sabah Bakıda 20° isti olacaq

11:33 03-05-2022 | icon 595
Sabah Bakıda 20° isti olacaq

Azərbaycanda mayın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 17-20° isti olacaq, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir.