logo

Paşinyanın əleyhinə İrəvanda aksiya keçirilir-saxlanılanlar var

09:51 03-05-2022 | icon 2275
Paşinyanın əleyhinə İrəvanda aksiya keçirilir-saxlanılanlar var

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə  “Sputnik Armenia” məlumat yayıb. Bildirilir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Məlumata görə, indiyədək ölkədə “Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.