logo

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

16:24 02-05-2022 | icon 1582
Gürcüstanın baş naziri ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili müqəddəs Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

 YeniAvropa xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Baş nazir müsəlmanlara ünvanladığı məktubda Ramazan ayını mənəvi təmizlik, xeyirxahlıq və bir-birinə qayğının böyük bayramı adlandırıb. O, hər bir müsəlmana Ramazan ayının başa çatması münasibətilə səmimi təbriklərini çatdırıb.

Təbrikdə deyilir: “Biz əsrlər boyu ümumi vətənimizi qardaşlıq və dostluğumuzla qururuq, gələcəyimizi birlikdə yaratmalıyıq. Vətəndaşlarımızla birgə sizin bayrama qoşuluruq və sizə sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram”.