logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 118 nəfər saxlanılıb

11:55 02-05-2022 | icon 567
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 118 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 125 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 74, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 118 nəfər saxlanılıb.