logo

Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınır

10:10 02-05-2022 | icon 1491
Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınır

Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.

YeniAvropa xəbər verir ki, bayram namazında dualar edilir, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənir.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edirlər.

Bütün müsəlmanlar, o cümlədən Azərbaycan xalqı Ramazan bayramı münasibətilə təbrik edilir, dualar oxunur.