“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir
“Baku Crystal Hall” və Dənizkənarı bulvar 4 gün boyunca “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını canlı izləmək istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd edir.
YeniAvropa xəbər verir ki, Medianın İnkişafı Agentliyindən bildirilib ki, mayın 26-dan 29-dək Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. İştirak üçün https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək tələb olunur.
Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVID-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün mütləq qaydada COVID-19 vaksin və ya immunitet sertifikatı təqdim edilməlidir.
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb olunacaq.
Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
Tədbir zamanı “28 May” metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Park Inn” oteli, “İnterContinental” oteli, “Courtyard by Marriot Baku” oteli, Atletlər kəndi, “28 May” metrostansiyası və Dövlət Bayrağı Meydanı ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib