logo

Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxub

16:15 01-05-2022 | icon 1498
Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 781 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 856, bu günə qədər isə ümumilikdə 6 milyon 817 min 342 test icra olunub.