logo

Qobu sakini həmyerlisini bıcaqla öldürdü

14:54 01-05-2022 | icon 1708
Qobu sakini həmyerlisini bıcaqla öldürdü

Aprelin 30-u saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Abşeron rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla qəsəbə sakini 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.