logo

FIDE-nin yeni reytinqində Şəhriyar 11-ci, Teymur isə 13-cü yerdədir

19:20 30-04-2022 | icon 5047
FIDE-nin yeni reytinqində Şəhriyar 11-ci, Teymur isə 13-cü yerdədir

Beynəlxalq Şahmat Federasiyası(FIDE) yeni reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bir pillə geriləyən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2770 xal) ilk onluğu tərk edib. Təmsilçimiz hazırda dünya reytinqində 11-ci yeri tutur. Digər şahmatçımız Teymur Rəcəbov (2753 xal) isə 13-cü sıradadır.

Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2668 xal) 70-ci, Rauf Məmmədov isə (2656 xal) 86-cı pillədə yer alıblar.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2806 xal) üçüncü yerdən ikinci pilləyə yüksəlib. Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal) isə üçüncü yerdədir.

Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2454 xalla 26-cı, Gülnar Məmmədova (2387 xal) 60-cı, Gövhər Beydullayeva (2384 xal) 65-ci, Xanım Balacayeva (2376 xal) 73-cü pillədədirlər.

Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.