logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 840 min nəfəri ötür

17:37 30-04-2022 | icon 2821
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 840 min nəfəri ötür

Aprelin 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 92 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 415, ikinci doza vaksinlərin sayı - 418, üç və daha çox doza vaksinlərin sayı – 2 min 947, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 312-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 649 min 741, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 53, ikinci mərhələ üzrə 4 milyon 840 min 220, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 229 min 389, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 79-dur.