logo

Laçında minaya düşən fəhlə vəfat edib

11:11 30-04-2022 | icon 2961
Laçında minaya düşən fəhlə vəfat edib

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

 YeniAvropa xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.