logo

Rüstəm Orucov və Hidayət Heydərov Avropa çempionatında mübarizəyə qoşulur

10:30 30-04-2022 | icon 2016
Rüstəm Orucov və Hidayət Heydərov Avropa çempionatında mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.

 YeniAvropa xəbər verir ki, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.

Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.