logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 339 min nəfəri ötür

17:37 29-04-2022 | icon 2730
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 339 min nəfəri ötür

Aprelin 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 26 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 417, ikinci doza vaksinlərin sayı - 338, üç və daha çox doza vaksinlərin sayı – 2 min 970, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 301-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 645 min 649, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 339 min 638, ikinci mərhələ üzrə 4 milyon 839 min 802, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 226 min 442, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 239 min 767-dir.