logo

Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib-Kreml

16:55 29-04-2022 | icon 3199
Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib-Kreml

"Rusiya prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib. Çünki bu, yubiley tarixi deyil".

YeniAvropa "RBK" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, BelaruspPrezidenti Alekasndr Lukaşenko da mayın 9-da Moskvaya səfər etməyi planlaşdırmır.

Qeyd edək ki, keçmiş müttəfiq respublikalarının bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək. Latviya Qələbə Günü əvəzinə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada həlak olanların xatirəsi günü kimi qeyd edəcək.