logo

Rusiyanın Kiyevi bombalaması nəticəsində “Azadlıq radiosu”nun əməkdaşı həlak olub

15:15 29-04-2022 | icon 4620
Rusiyanın Kiyevi bombalaması nəticəsində “Azadlıq radiosu”nun əməkdaşı həlak olub

Rusiya ordusunun aprelin 28-də axşam saatlarında Kiyevə endirdiyi raket zərbələri nəticəsində “Azadlıq radiosu”nun əməkdaşı Vera Qiriç həlak olub.

YeniAvropa  "Ukrinform" informasiya agentliyinə istinadla xəbər verir ki, “Azadlıq radiosu”nun Ukrayna xidmətinin baş redaktoru İnna Kuznetsova jurnalistin ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Raketlərdən ikisi paytaxtın Şevçenko rayonuna düşüb. Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, zərbə nəticəsində çoxmərtəbəli yaşayış binası qismən dağılıb.

Paytaxt Kiyevin raket atəşinə tutulması BMT-nin Baş katibi Antonio Quterreşin bu şəhərə səfəri zamanı baş verib.