logo

Bakı və İrəvanın nümayəndələri gələn ay Brüsseldə görüşəcəklər

13:55 29-04-2022 | icon 1743
Bakı və İrəvanın nümayəndələri gələn ay Brüsseldə görüşəcəklər

Azərbaycan və Ermənistanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər.

 YeniAvropa  xəbər verir ki, bunu prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

“Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var”, - deyə dövlət başçısı bəyan edib.

Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran prezident İlham Əliyev deyib: “Bizim çox geniş əməkdaşlıq gündəliyimiz var. Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.