logo

Şeyxülislam Allahşükür Paşazadə Fransaya səfər edəcək

11:55 29-04-2022 | icon 1883
Şeyxülislam Allahşükür Paşazadə Fransaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərin məqsədi Avropa Şurasının mayın 2-də “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Avropa Şurasının dinlərarası dialoqun təşviqi yönündə təşkil edəcəyi bu konfrans Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır. Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib.

Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında QMİ sədri müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.