logo

Diplomatik korpusun nümayəndələri Ağdama səfər ediblər

11:11 29-04-2022 | icon 1848
Diplomatik korpusun nümayəndələri Ağdama səfər ediblər

Aprelin 29-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, o cümlədən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları işğaldan azad olunmuş Ağdam şəhərinə gəliblər.

YeniAvropa xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Səfər zamanı ermənilərin dini abidələrimizi təhqir etməsi, məscidlərdə heyvan saxlaması, qəbiristanlıqları dağıtması kimi faktlar qonaqların diqqətinə çatdırılacaq, Ermənistan tərəfindən ərazilərin minalarla çirkələndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat veriləcək.

Eyni zamanda, qonaqlar işğaldan azad olunan torpaqlarda, o cümlədən Ağdamda aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumatlandırılacaqlar.