Sabah 25 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək
Aprelin 30-da Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, sabahkı imtahanlarda 24 min 864 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Aprelin 30-da iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 20-dən etibarən çap edib götürə bilirlər.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
Şagirdlər imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları Mərkəzin saytında yerləşdirilib.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb
Yaxın gələcəkdə Əliyev-Putin-Paşinyan görüşü keçirilə bilər
Sabah dumana görə bəzi yollarda görmə məsafəsi azalacaq
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir
Böyük Britaniya səfirliyi Azərbaycanın daxili işlərinə müdaxilə edir-DİN
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilir
Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq
Şəmkirdə Vergi Xidməti əməkdaşlarını döyənlər həbs edilib
Sabah Bakıda 24° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub
İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb
İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib