logo

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar

09:59 29-04-2022 | icon 3346
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar

Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa çempionatı start götürüb.

YeniAvropa xəbər verir ki, qitə yarışının birinci günündə Azərbaycanın 4 kişi cüdoçusu - Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev və Yaşar Nəcəfov (66 kq) medallar uğrunda mübarizə aparır. Qadın idmançılar arasında isə 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova və Ramilə Əliyeva güclərini sınayırlar.

Mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.