Goranboy rayonunda zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb.
Təbii hadisə 3 maqnitudada baş verib, zəlzələ ocağı 17 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.