logo

“Azərsun Sənaye Parkı”ndakı güclü yangönın söndürülməsinə2  helikopter cəlb olunub

19:20 28-04-2022 | icon 651
“Azərsun Sənaye Parkı”ndakı güclü yangönın söndürülməsinə2  helikopter cəlb olunub

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin iki helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.