logo

Vyanada Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin görüşü olacaq

18:28 28-04-2022 | icon 2233
Vyanada Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin görüşü olacaq

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də yenidən bir araya gələcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, xüsusi nümayəndələrin budəfəki görüşü də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.