logo

Ağdamda narkotik bitki becərən qardaşlar saxlanılıb

17:57 28-04-2022 | icon 658
Ağdamda narkotik bitki becərən qardaşlar saxlanılıb

Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Əyyub saxlanılıblar. V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374, qardaşı Əyyubun həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.