logo

Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:09 28-04-2022 | icon 4683
Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 728 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 108 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 88, bu günə qədər isə ümumilikdə 6 milyon 808 min 651 test icra olunub.