logo

İranın XİN başçısı Ceyhun Bayramov Tehrana səfərə dəvət edib

16:46 28-04-2022 | icon 1659
İranın XİN başçısı Ceyhun Bayramov Tehrana səfərə dəvət edib

Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub. İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.