logo

Moldova Rumıniya ilə bu şərtlərə birləşə bilər-Mayya Sandu

15:30 28-04-2022 | icon 3591
Moldova Rumıniya ilə bu şərtlərə birləşə bilər-Mayya Sandu

Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi ilə mümkün ola bilər.

YeniAvropa xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu "Jurnal TV" telekanalına müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman deyib.

“Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”, - deyə Mayya Sandu bildirib.

Bir müddət öncə ölkənin sabiq baş naziri Yuri Lyanke Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib.

Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır. Qeyd edək ki, 1918-ci ildə Kişineuda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub. 1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişineu müstəqilliyini qazana bilib. Hazırda hər iki ölkədə birləşmə ideyasının tərəfdarları mövcuddur. Moldovada keçirilən rəy sorğularının nəticələrinə görə, əhalinin 50 faizindən çoxu Rumıniya ilə birləşməyə qarşıdır.