logo

Göyçayda polisi döyən çəxs həbs edilib

14:13 28-04-2022 | icon 504
Göyçayda polisi döyən çəxs həbs edilib

Aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Göyçay rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla həmin tarixdə Bığır kənd sakini Nursoltan Məmmədovun rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaratdığı müəyyənləşdirilib. Həmçinin müəyyən olunub ki, bu zaman N.Məmmədovu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaq seyvanının səthinin kəsilməsi xəsarəti alıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.