logo

Şuşada 20 ölkədən 50-dək beyin mərkəzlərinin forumu keçirilir

13:10 28-04-2022 | icon 2933
Şuşada 20 ölkədən 50-dək beyin mərkəzlərinin forumu keçirilir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilir.

YeniAvropa xəbər verir ki, forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edirlər.

Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroportla yaxından tanış olduqdan sonra Füzuli rayonu ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər.

file...3-2-0

Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsidir.

Forum çərçivəsində Şuşada “Şuşa-dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriləcək.

Aprelin 29-da isə ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək.