logo

Bu gün UEFA Avropa Liqasında 1/2 final oyunlarına start veriləcək

12:52 28-04-2022 | icon 2891
Bu gün UEFA Avropa Liqasında 1/2 final oyunlarına start veriləcək

Aprelin 28-də futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, bu mərhələnin hər iki oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin favoritlərindən Almaniyanın “Leyptsiq” klubu evdə Şotlandiyanın “Qlazqo Reyncers” komandasını qəbul edəcək. “Red Bull Arena”da keçiriləcək matçın baş hakimi fransalı Benua Bastyen olacaq.

Meydan sahiblərinin heyətində Məhəmməd Simakan, Villi Orban və Kevin Kampl cəzalı olduqları üçün görüşü buraxmalı olacaqlar. Qonaqların heyətində isə itki yoxdur.

Gecənin digər qarşılaşmasında İngiltərənin “Vest Hem Yunayted” komandası Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkəcək. Matçı Niderlanddan olan FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.

Frankfurt təmsilçisinin heyətində iki futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək. Müdafiəçi Evan Ndika və yarımmüdafiəçi Kristian Yakiç oyunda iştirak etməyəcəklər.