logo

UEFA Millətlər Liqası:Belarus–Azərbaycan matçı Serbiyada olacaq

11:55 28-04-2022 | icon 2863
UEFA Millətlər Liqası:Belarus–Azərbaycan matçı Serbiyada olacaq

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, Belarus – Azərbaycan oyunu Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Turnirin C liqasının 3-cü qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Slovakiya, Belarus və Qazaxıstan milliləridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi səbəbindən UEFA Rusiya və ona bu müharibədə dəstək verən Belarusa qarşı sanksiya tətbiq edib. Həmin ölkələrdə beynəlxalq turnirlərin keçirilməsi qadağan edilib.