logo

Rusiya "Caliber.az" saytını da blokladı

23:13 27-04-2022 | icon 2989
Rusiya "Caliber.az" saytını da blokladı

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti(“Roskomnadzor”) ölkə ərazisində "Caliber.az" saytını bloklayıb.

YeniAvropa xəbər verir ki,  sayta Rusiyadan giriş məhdudlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.

Buna səbəb "Caliber.az"ın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə barədə operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.

Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı qərəzsiz, operativ xəbərlər yayan digər mətbu orqanlar da Rusiyada bloklanıb. Buna "Oxu.az", "Haqqın.az", "Baku.ws" nümunəsi misal ola bilər. Bütün bunlar “Roskomnadzor”un və digər rəsmilərin alternativ fikrə qarşı dözülməz münasibətini ortaya qoyur.